Bank Of Baku

Bakının bəzi hissələrinin içməli su təchizatı məhdudlaşdırılır

Bakının bəzi hissələrinin içməli su təchizatı məhdudlaşdırılır
# 19 dekabr 2014 07:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının bəzi küçələrində içməli suyun verilişi məhdudlaşdırılacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Salamzadə küçəsindən keçən magistral su xəttinə birləşmənin verilməsi ilə əlaqədar dekabrın 19-da gün ərzində 3-cü Alatava yaşayış massivinin, A. Salamzadə, C. Məmmədquluzadə küçələrinin bir hissəsinə və hərbi şəhərcik ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR