Bank Of Baku

Bakının bir neçə mərkəzi küçəsində təmir işləri yekunlaşmaq üzrədir

Bakının bir neçə mərkəzi küçəsində təmir işləri yekunlaşmaq üzrədir
# 25 mart 2015 12:02 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Dilarə Əliyeva küçəsində asfalt-beton örtüyünün döşənməsi işi tam başa çatdırılıb”.

 

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. O bildirib ki, Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində işlər qalmışdı və hal-hazırda həmin ərazidə xətlənmə işləri həyata keçirilir. “Yusif Səfərov küçəsinin Bakı şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinin köməkçi hissəsinə qədər olan hissəsində asfalt-beton işləri yekunlaşdığı üçün hal-hazırda orada da yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR