Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının iki rayonunda suyun verilişində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə təmir işlərinin aparılması ilə əlaqədar bu gün gün ərzində Nizami və Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.