Bank Of Baku

Bakının iki rayonunun su təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun su təchizatı məhdudlaşdırılır
# 12 oktyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, I və II Kür-Bakı magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar oktyabrın 12-də gün ərzində Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsinə və Binəqədi rayonunun Yeni Biləcəri yaşayış massivinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR