Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin son dekabr ayında Bakının kirayə mənzil bazarında təklif olunan mənzillərin əksər hissəsi, noyabr ayında təklif olunan mənzillərə nisbətən daha kiçik sahəyə malik olan mənzillərdir.
“APA-Economics”in məlumatına görə, bu barədə "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən paytaxtın kirayə mənzil bazarında aparılan müşahidələrin nəticəsində deyilir.
Ümumilikdə, bazarda aktivliyin azalması davam etməkdədir. Sözügedən ayda qiymətlər 970 dollar/mənzildən 12,89% azalaraq 845 dollar/mənzil dəyərində qərarlaşıb. Bazarda əməliyyatların sayı isə 145-dən 1,38% azalaraq 143 ədəd təşkil edib. Hər kv.m-ə görə isə kirayə haqqı 1,13% artaraq 11,47 dollar/kv.m-dən 11,6 dollar/kv.m-ə yüksəlib.
Qeyd edildiyi kimi, nəzərə alsaq ki, dekabr ayında bazara təklif edilən kirayə mənzillərin ümumi sahəsində nisbətən azalma qeydə alınıb, o zaman hər mənzilə görə qeyd edilən azalmanı bazar şərtlərinə uyğun hesab etmək olar. Dekabr ayında təklif portfelində orta qiymətə (500 dollar - 1000 dollar aralığında) olan kirayə evlərinin payı 52,92% ilə üstünlük təşkil edib. Bahalı evlərin (aylıq kirayə haqqı 1000 dollardan yuxarı) payı bazarda 28,1%, ucuz evlərin (aylıq kirayə haqqı 500 dollara qədər) payı isə 18,98% qeydə alınıb.
Kirayə bazarında bu müddət ərzində müraciət edənlər əsasən tikilməkdə olan yeni tikililərin təhvilini gözləyən vətəndaşlar və iş ardınca paytaxta gələn miqrantlar olmuş, tələb portfelinin bir qismini isə qısa müddətli 1-2 ay müddətinə kirayə müqavilələri bağlayanlar təşkil edib.

Dekabr ayında kirayə mənzil bazarında təklifin həcmi 1% artaraq 274 mənzil təşkil edib. Ümumilikdə aktivliyin son aylarda dəyişməz olaraq zəif qalmasının əsas səbəbini qeyri-mövsümi ayların olması ilə əlaqələndirmək olar. Nəzərə alsaq ki, qış aylarında tikinti sektorunda olan durğunluq nəticəsində Bakıya kənar şəhərlərdən gələn və kirayə evlərə ehtiyacı olan işçilərin azlıq təşkil etməsi, bu seqmentin zəifləməsinə gətirib çıxartmışdır.
Noyabr ayından fərqli olaraq dekabr ayı ərzində xüsusən də təklif portfelində daha çox baha qiymətə olan evlərin payının azalması həmin seqmentə tələbin aşağı olması ilə bağlı olub. Kirayə mənzil bazarında seqmentlər üzrə təklif aşağıdakı kimin olub:

Son dekabr ayı ərzində təklif portfelinin strukturunda uğun dəyişiklik otaq sayında da müşahidə edilib.
Otaqlar üzrə mənzil bölgüsü, %

Qrafikdən göründüyü kimi, kirayə mənzil bazarında 2 və 3 otaqlı mənzillər üstün paya malikdirlər. Bazarda otaqlar üzrə qiymətlərin dəyişməsi təklif portfelində sayın dəyişməsi ilə düz mütənasiblik təşkil edib.
