Bank Of Baku

Bakının kommersiya obyektlərinin satışı bazarında azalma müşahidə edilir

Bakının kommersiya obyektlərinin satışı bazarında azalma müşahidə edilir
# 15 yanvar 2015 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dekabrda paytaxtın qeyri-yaşayış sahələri bazarında ötən ilin əvvəlki ayları ilə müqayisədə ümumilikdə təklif portfelini formalaşdıran 6 seqment (mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye) üzrə aktivliyin və qiymətlərin ciddi dəyişməməsi ilə yadda qalıb.

 

APA-Economics” Bakı şəhərinin mənzil və torpaq bazarını araşdıran "MBA Consulting Group" şirkəti tərəfindən aparılan monitorinqin nəticələrinə istinadən bildirir ki, buna əsas səbəb kimi kommersiya obyektləri bazarındakı aktivlik səviyyəsinin nisbətən stabil qalmasını göstərmək olar.

 

Ümumilikdə, 2014-cü ilin son rübünün ilk iki ayı qiymətlər nisbətən artım ilə yadda qalmışdısa, dekabr ayında bu göstərici əksinə olaraq azalıb. Ümumi satış portfelində təklif sayında artım müşahidə edilib. Digər seqmentlərlə müqayisədə təklif üzrə ən çox artım yer və xidmət seqmenti üzrə qeydə alınıb.

 

Hesabat dövründə daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan obyektlərin sayı ay ərzində 10% artaraq 187 ədəddən 206 ədədə qalxıb. Kommersiya obyektləri bazarında bağlanan əqdlərin sayı dekabr ayında 113 ədəd təşkil edib, ötən noyabr ayı ilə müqayisədə 2,6% azalıb.

 

Aylar üzrə təklif həcminin dinamikası

 

 

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 54%-lə “boş yer” təyinatlı sahələr malikdir. Bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər. Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28% və 11% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı  ümumi payın 7%-nə malikdir.

 

Seqmentlər üzrə təklifin strukturu

 

Qeyri-yaşayış obyektlərinin orta sahəsi noyabr ayı üçün 173,09 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 25,3% çoxalıb. Ümumi orta sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında böyük sahələrə malik obyektlərin satılması ilə izah etmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Nərimanov rayonunda, H. Əliyev (İnqilab) küçəsində boş yer sahəsi qeydə alınıb, 3 000 kv.m, ən az sahəyə isə Nizami rayonunda, “Xalqlar Dostluğu” m/st yaxınlığında 15 kv.m sahəyə malik olan mağaza yeri qeydə alınıb.

 

Kommersiya obyektlərinin orta sahəsi

 

 

Bazarda qiymətlər

 

Əvvəlki aylarla müqayisədə, dekabr ayı ərzində kommersiya obyektləri satışı bazarında müşahidə edilən azalma dinamikası, orta qiymətə də öz növbəsində təsir edib. Dekabrda bazarda orta satış qiyməti əvvəlki ay ilə müqayisədə 2,94% azalaraq 4458 dollar/kv.m təşkil edib. Son ayda aktivliyin nisbətən azalması, obyektlərin satışının ekspozisiya müddətinin artmasına səbəb olub. Ay ərzində qeyri-yaşayış sahələri bazarında obyektlərin satış ekspozisiya müddəti 152 gün təşkil edib. 

 

Qeyri-yaşayış sahələrinin alqı-satqısı qiymətlərinin azalması ilə yanaşı, obyektlərin icarəsi bazarında da qiymətlərdə azalma müşahidə edilib. Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta icarə qiyməti 18,8 dollar/kv.m. ay təşkil edib. Qiymət indeksi ötən 2013-cü ilin müvafiq ayı, dekabr ayı ilə müqayisədə 2,94% azalaraq 6,24 bənddə qərarlaşıb.

 

 

Qiymətlərin son ayda azalması I və II zonalarda, qismən artması isə III və IV zonalarda müşahidə edilib. Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:

 

 

Zonalar üzrə obyektlərin icarə qiymətlərində ümumilikdə ciddi dəyişiklik qeydə alınmayıb.

 

 

Cədvəldən də göründüyü kimi, şəhərin mərkəzi hissələrində obyektlərin icarə qiymətlərində nisbətən artma, mərkəzdən kənar hissəsində isə nisbətən stabillik müşahidə edilib.

 

Seqmentlər üzrə icarə qiymətləri

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR