Bank Of Baku

Bakının Səbail rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bakının Səbail rayonunun içməli su təchizatı məhdudlaşdırılır
# 14 yanvar 2015 15:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının Səbail rayonunun bəzi qəsəbələrində su olmayacaq.

 

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu 2-ci mədən ərazisində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən 500 mm diametrli magistral su xəttinin köçürülməsi ilə əlaqədar yanvarın 15-də gün ərzində Səbail rayonunun Bibiheybət və Şıx qəsəbələrinə, həmçinin 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR