Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İlin sonuna yaxınlaşdıqca torpaq bazarında təklif portfeli artaraq 403 ədəd təşkil edib ki, buna da səbəb torpaq bazarında aktivliyin artması olub, bu da öz növbəsində qiymətin nisbətən artmasına gətirib çıxardıb.
“APA-Economics”in məlumatına görə, "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən -0,94% azalıb.
Noyabr ayı ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 2,2% artaraq 19,058 dollar/sot səviyyəsindən 19,476 dollar/sot səviyyəsində qərarlaşıb.
Bakı şəhəri rayonları üzrə qiymət artması ən çox Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb, müvafiq olaraq 3,95% və 2,18%.
Qeyd edək ki, ümumilikdə torpaq bazarında qiymət artımı olmasına baxmayaraq, Abşeron, Binəqədi və Xəzər rayonlarında qiymət azalması qeydə alınıb. Bunu mərkəzi rayonların, mərkəzdən kənar rayonlara nisbətən aktiv olması ilə izah etmək olmaz. Hazırda qeyri mövsümi ayların olması ilə əlaqədar mərkəzdən kənar rayonlarda qiymət azalması qeydə alınmışdırsa, mərkəzdəki rayonlarda qiymətin qalxmasını boş torpaq sahələrinin qıtlığının yaranması ilə izah etmək olar. Ümumilikdə noyabr ayı üçün torpaq bazarında ən aktiv rayonlar Binəqədi, Sabunçu və Suraxanı rayonları, ən passiv rayonlar isə Nəsimi və Səbail rayonlarıdır. Qiymətlərin və torpağa olan tələbin artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub.

Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub.

Göründüyü kimi, təklif portfelində ən çox paya malik IV zonadır. Ümumilikdə Bakı şəhəri üzrə alqı-satqı əqdlərinin əksəriyyəti III və IV zonalarda baş tutduğundan və hazırda qeyri-mövsümi ayların olması bu zonalarda qiymətlərin azalma tempi daha çox müşahidə edilib. Digər iki zona isə mərkəzdə yerləşdiyindən və burada boş torpaq sahəsi qıtlığı olduğundan torpağın qiymətində artım müşahidə edilib.
Torpaq bazarında qiymətlər
|
Zona |
oktyabr, $/kv/m |
noyabr, $/kv.m |
Aylıq dəyişmə |
|
I zona |
221452 |
247624 |
11,.82% |
|
II zona |
176904 |
192452 |
8,79% |
|
III zona |
33695 |
38165 |
13,27% |
|
IV zona |
6037 |
6090 |
0,88% |
|
Rayonlar |
$/sot |
AZN/sot |
Aylıq dəyişmə |
|
Abşeron |
5448 |
4274 |
-12,4% |
|
Binəqədi |
21804 |
17105 |
7,7% |
|
Nərimanov |
150109 |
117761 |
2,2% |
|
Nəsimi |
145546 |
114181 |
4,0% |
|
Nizami |
36563 |
28684 |
7,7% |
|
Qaradağ |
5183 |
4066 |
-0,6% |
|
Sabunçu |
6737 |
5285 |
11,6% |
|
Səbail |
77014 |
60417 |
0,8% |
|
Suraxanı |
7545 |
5919 |
0,2% |
|
Xətai |
37250 |
29223 |
-7,3% |
|
Xəzər |
5304 |
4161 |
-4,8% |
|
Yasamal |
130882 |
102677 |
-4,9% |
Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, H. Əliyev (İnqilab) küçəsində (550 000 dollar/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda, Qobu qəsəbəsində (1000 dollar/sot) qeydə alınıb.