Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Bakının üç rayonunda bir gündən artıq içməli suyun verilişi məhdudlaşdırılacaq.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Maştağa və Ramana su anbarları komplekslərini birləşdirən magistral su xətlərinin yenidən qurulması ilə əlaqədar fevralın 24-də saat 04:00-dan etibarən Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində 30 saat müddətinə məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.