Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov məlumat verib.
Ə. Cəfərov deyib ki, ictimai nəqliyyat vasitələri gecə saat 01:00-dək işləyəcək.
“Əsasən əhalinin sıxlığı olacaq yerlərdə nəqliyyat vasitələrinin sayı artırılacaq. Tam tələbatı yerinə yetirmək üçün ehtiyatda nəqliyyat vasitələri mövcuddur”, - deyə Ə. Cəfərov qeyd edib.