Bank Of Baku

Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin II fazasının layihələndirilməsinə başlanacağı vaxt açıqlanıb

Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin II fazasının layihələndirilməsinə başlanacağı vaxt açıqlanıb
# 04 aprel 2018 10:39 (UTC +04:00)

"Beynəlxaq Dəniz Ticarət Limanını tikintisinin birinci fazasının may ayında başa çatmasından sonra paralel olaraq limanın tikintisinin ikinci fazasının layihələndirilməsi işləri aparılacaq".

 

Bunu APA-ya açıqlamasında Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

 

T. Ziyadov deyib ki, birinci fazanın yük aşırımı qabiliyyəti 15 milyon tondur və bu, çox böyük rəqəmdir: "Burada qeyri-neft yüklərinin aşırımı nəzərdə tutulur. 15 milyon ton böyük həcm olduğu üçün ikinci faza ilə bağlı tikinti işlərinin başlanılması yük axınının artması ilə bağlı olacaq. Prezident İlham Əliyev də çıxışında bildirdi ki, yük axınının artması ilə əlaqədar ikinci faza da qısa müddətdə tikilib istifadəyə verilə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR