Bank Of Baku

Beynəlxalq İdman Yayım Şirkəti "Azərkosmos"u mükafatlandırıb - FOTO

Beynəlxalq İdman Yayım Şirkəti "Azərkosmos"u mükafatlandırıb - <span style="color: red;">FOTO
# 02 iyul 2015 13:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərkosmos" ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən I Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

 

“Azərkosmos” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, I Avropa Oyunları zamanı “Azərkosmos” oyunların peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib.

 

Belə ki, I Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” peyki üzərindən həyata keçirilib.

 

Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib.

 

Beləliklə “Azərkosmos” oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz  çatdırılmasında mühüm rol oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR