Bank Of Baku

Bəzi dövlət qurumlarının saytlarına girişdə yaranan problem aradan qaldırılıb - YENİLƏNİB

Bəzi dövlət qurumlarının saytlarına girişdə yaranan problem aradan qaldırılıb - <span style="color: red;">YENİLƏNİB
# 22 fevral 2016 12:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bəzi dövlət qurumlarının saytlarına girişdə yaranan problem aradan qaldırılıb.


Bu barədə "APA-Economics"ə  Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

"Problem artıq aradan qaldırılıb. Saytlara normal qaydada giriş mümkündür", - deyə mərkəzdən bildirilib.

 

***

 

SAAT 13:05

 

Azərbaycanın bəzi dövlət qurumlarının internet saytlarının fəaliyyətində problemlər müşahidə olunur. "APA-Economics" xəbər verir ki, bu səbəbdən qurumların saytlarına daxil olmaq mümkün olmur.

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə bildirilib ki, texniki səbəblər ucbatında saytlara daxil olmaq olmur: "Məsələ 15-20 dəqiqəyə həllini tapacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR