Bank Of Baku

Binəqədidə magistral su kəmərində qəza baş verib

Binəqədidə magistral su kəmərində qəza baş verib
# 11 fevral 2015 13:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılıb.

 

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar bu gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül  yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR