Bank Of Baku

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinə 4,6 milyon manat ayrılıb

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinə 4,6 milyon manat ayrılıb
# 25 iyul 2016 16:31 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonunun Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında

sərəncam imzalayıb.

 

APA-nın xəbərinə görə, sərəncama əsasən iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 4,6 milyon (dörd milyon altı yüz min) manat ayrılıb.

 

 

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR