Bank Of Baku

BMT: Azərbaycanda İKT infrastrukturunun inkişafına dəstəyimizi davam etdirəcəyik

BMT: Azərbaycanda İKT infrastrukturunun inkişafına dəstəyimizi davam etdirəcəyik
# 03 dekabr 2015 09:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "BMT Azərbaycanda İKT infrastrukturunun inkişafı istiqamətində hökumətə dəstəyini davam etdirəcək".

 

APA-Economics”in məlumatına görə, bunu ADA Universitetində keçirilən III Regional İnternet İdarəçilik Forumunda BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Antonius Bruk deyib.

 

İnterneti qlobal iqtisadiyyatın onurğası adlandıran A. Brukun sözlərinə görə, Azərbaycan bir neçə ildir ki, İKT-nin inkişafına görə BMT-nin tərtib etdiyi reytinqdə lider ölkələrdəndir: “BMT-nin İnkişaf Proqramı ölkədə İKT infrastrukturunun inkişafı ilə bağlı dəstəyini davam etdirəcək ki, dövlət-özəl sektor münasibətləri, tərəfdaşlığı güclənsin, vətəndaşların açıq hökumətə çıxışı daha da asanlaşsın”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR