Bank Of Baku

BTRİB: I Avropa Oyunları telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin olunub

BTRİB: I Avropa Oyunları telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin olunub
# 23 iyun 2015 08:48 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. I Avropa Oyunları ilə əlaqədar təşkil olunan bütün yarışlarda telekommunikasiya xidmətləri ilə təminat yüksək səviyyədədir.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev oyunlar bitənə qədər eyni səviyyədə telekommunikasiya xidmətlərinin göstəriləcəyini söyləyib.

 

Oyunlar zamanı beynəlxalq yayımda, informasiyaların ötürülməsində və qəbul edilməsində hər hansı bir fasilə, donma, dayanma, yubanma hallarının yaşanmadığını önə çəkən X. Kişiyev oyunların son gününə qədər sadalanan halların yaşanmayacağına əminliyini ifadə edib.

 

Buna səbəb kimi sözügedən istiqamətdə düşünülmüş və hərtərəfli, kompleks tədbirlərin həyata keçirildiyini göstərən baş direktorun müavininin sözlərinə görə, digər sahələrdə olduğu kimi, telekommunikasiya sahəsində də atılan addımlar təkcə ölkə ictimaiyyəti tərəfindən deyil, eyni zamanda Avropa Oyunları ilə əlaqədar Bakıya gələn qonaqlar da öz razılıqlarını bildiriblər.

 

"Həm Atletlər kəndində, həm də oyunların keçirildiyi idman mərkəzlərində yaradılan telekommunikasiya infrastrukturu hər bir qonaq tərəfindən yüksək qiymətləndirilib. Ölkəmizə təşrif buyuranlar çox asanlıqla telekommunikasiya xidmətləri vasitəsi ilə istədikləri əməliyyatları həyata keçirə biliblər. Üstəlik, yaradılan infrastruktur onlara daha tez və əlverişli şəkildə informasiya almaq, ötürmək imkanı verib. Bu nüansı xüsusi qiymətləndirən qonaqlar ölkədə İKT istiqamətində görülən işlərdən tam şəkildə razı qalıblar. Bu günə qədər qonaqlarla qurulan ünsiyyətdən bir daha aydın olub ki, telekommunikasiya infrastrukturu tələbi tam şəkildə qarşılaya bilib" – deyə  X.Kişiyev söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR