Bank Of Baku

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər

Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər
# 06 dekabr 2014 07:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün - dekabrın 6-sı Azərbaycan rabitə və informasiya texnologiyaları sahəsinin işçilərinin peşə bayramıdır.

 

APA-Economics”in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilib. 

 

Son illər Azərbaycanda informasiya texnologiyaları sektoru sürətlə inkişaf edir. İKT sahəsi üzrə gəlirlərin artım tempi dünya üzrə artım tempini bir neçə dəfə üstələyir. Azərbaycan rəqəmli fərqliliyin aradan qaldırılması və regionun İKT mərkəzinə çevrilməsi  istiqamətində bir sıra mühüm irimiqyaslı regional layihələr həyata keçirir. “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), milli telekommunikasiya peykinin orbitə çıxarılması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması istiqamətində görülən işlər sektor üzrə həyata keçirilən işlərin bir qismidir. Ötən gün başa çatan “Bakutel-2014” sərgi-konfransı və bu çərçivədə həyata keçirilən tədbirlər Azərbaycanın qlobal informasiya cəmiyyətindəki yerini aydın görməyə imkan verir. İldən-ilə sərgidə iştirak edən beynəlxalq şirkətlərin və xarici ölkələrin sayının artması bu sərgi-konfransın böyük beynəlxalq nüfuza malik olmasının əyani təzahürüdür.

 

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə RYTN-nin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra RYTN-də peşə bayramına həsr olunmuş tədbir keçirilib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, ümumilikdə rabitə və yüksək texnologiyalar sahəsində ənənəvi atım və inkişaf tempi 2014-cü il ərzində də qorunub saxlanılıb. Nazir bu nailiyyətlərin beynəlxalq təşkilatların müvafiq reytinq cədvəlləri və hesabatlarında öz əksini tapdığını xatırladıb.

Tədbirin sonunda bütün rabitəçiləri peşə bayramı münasibətilə bir daha təbrik edən nazir Əli Abbasov gələcək fəaliyyətdə də dayanıqlı inkişaf dinamikasının təmin olunması üçün bütün səylərin gücləndiriləcəyinə əminliyini bildirib. Sonda bir qrup rabitəçi fəxri fərman və diplomlarla təltif olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR