Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 75,1 mln. ton yük, 910,9 mln. sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,0% və 3,7% artım qeydə alınıb.
Sərnişinlərin 96,1%-i avtobus, 3,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bundan başqa, qeyd olunan dövrdə yük dövriyyəsi 7,0%, sərnişin dövriyyəsi isə 3,8% artıb.