Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə yanvar-iyun ayında 65,3 mln. ton yük daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% artım deməkdir.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə 786,1 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% artım qeydə alınıb.
Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 6,1%, sərnişin dövriyyəsi isə 3,9% artıb.