Bu ilin I yarısında Azərbaycanda tikinti işlərində qiymətlər artıb

Bu ilin I yarısında Azərbaycanda tikinti işlərində qiymətlər artıb
# 06 avqust 2015 06:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,8%, yol və körpü tikintisində isə 0,5% bahalaşma müşahidə edilib.

Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,9%, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,8%, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,2% yüksəlib.

Yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4%, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər isə 1,0% artıb.

Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlərdə 0,8%, inzibati tikililər üzrə 0,6% bahalaşma müşahidə olunub. İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,2% yüksəlib.

Rüb ərzində yol tikintisi üzrə qiymətlər 0,5%, körpü tikintisi üzrə qiymətlər isə 0,2% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR