Bank Of Baku

Cavid Qurbanov çinli həmkarı ilə görüşüb

Cavid Qurbanov çinli həmkarı ilə görüşüb
# 26 noyabr 2015 13:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan ilə Çin arasında Dövlət Komissiyasının nümayəndə heyətinin tərkibində bu ölkədə səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla Çin Dəmir Yollarının rəhbərliyi arasında görüş keçirib. 

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, keçirilən görüşlərdə C. Qurbanov çıxış edərək Azərbaycan dəmir yolunda həyata keçirilən yenidənqurma işləri, cari ilin 3 avqust tarixində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çin arasında start götürən konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyi, tranzit olaraq daşınan yüklərin Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması və digər məsələlər barədə danışıb.

 

Sonra Çin Dövlət Dəmir Yolları haqqında məlumat verilib, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR