Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu mayın 8-də Cəlilabad rayonunun Gülməmmədli kəndində işgüzar forum keçirib.
Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, sahibkarlardan ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının yaradılması, çiyələk emalı, üzümqurutma və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.