Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Çernoqoriya hava yolları" şirkəti yay mövsümündə Çernoqoriya və Azərbaycan arasında çarter aviareysi həyata keçirməyi planlaşdırır.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, aviareyslər 25 iyun - 8 sentyabr tarixlərində həyata keçiriləcək.
Əvvəlcə həftədə bir dəfə Bakıdan Podqoritsa şəhərinə təşkil olunacaq aviareyslərin sayı sonrada həftədə iki dəfə olmaqla Tivat istiqamətində də artırılacaq.
Qeyd edək ki, bundan öncə də “Çernoqoriya hava yolları” azərbaycanlı turistlər üçün çarter aviareysi həyata keçirib.