18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə edilən dəyişiklik iyulun 1-dən qüvvəyə minir.
Test rejimi müddətində yeni sxem üzrə hərəkət edən avtobusların sayı 23-dən 31-ə qədər artırılacaq. Sonralar isə bu say sərnişin axınına uyğun olaraq tənzimlənəcək.