Bank Of Baku

Dekabrda Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi artıb

Dekabrda Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcmi artıb
# 08 yanvar 2015 12:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dekabr ayında Azərbaycana daxil olan beynəlxalq internet trafikin həcminin kəskin artımı müşahidə olunub.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ölkəyə daxil olan internet trafikin maksimal həcmi son bir ayda 3,4% artaraq 145 Gbp/s təşkil edib.

 

Bu, Azərbaycana cari il üçün daxil olan internet trafikinin həcminin ən yüksək həddidir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 48,3% artıb.

 

Ölkənin çıxış trafikinin maksimal həcmi son bir ay ərzində 16,7  faiz artaraq 30 Gbp/s səviyyəsində qalır, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 40% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR