Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dəmir yolunun Muğan-Hacıqabul mənzilində 10 km yol əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bu gün Muğan – Hacıqabul mənzilində 10 km yolun əsaslı təmirinə start verilib: “Təmir işləri on gün davam edəcək. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir”.
“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artıq 500 metr köhnə yol sökülüb.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 370 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.