Bank Of Baku

Dövlət Gömrük Komitəsi: Azərbaycan Koreya gömrük xidməti ilə tərəfdaş kimi fəaliyyət göstərə bilər

Dövlət Gömrük Komitəsi: Azərbaycan Koreya gömrük xidməti ilə tərəfdaş kimi fəaliyyət göstərə bilər
# 16 dekabr 2015 07:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Dövlət Gömrük Komitəsində (DGK) Koreya gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Koreya gömrük xidmətinin İnçeon şəhərinin Baş Gömrük İdarəsinin müşahidə bölməsinin rəhbəri Yang Dong Seonun başçılıq etdiyi nümayəndə heyətini DGK Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev qəbul edib.

 

İ. Babayev Azərbaycan gömrük xidmətinin yaranması, inkişaf mərhələləri, strukturu və  Azərbaycanda gömrük işinin təşkili barədə qonaqları ətraflı məlumatlandırıb. Ölkəmizdə gömrük sahəsində tətbiq olunan innovasiya layihələrinə toxunan Baş İdarənin rəisi Azərbaycan gömrüyünün bu istiqamətdə Orta Asiya respublikaları, Monqolustan və Ukraynaya dəstək verdiyini, bu ölkələrdə həyata keçiriləcək layihələrdə Koreya gömrük xidməti ilə əməkdaşlıq etməklə yanaşı, tərəfdaş kimi də fəaliyyət göstərməkdən məmnunluq duyulacağını ifadə edib.

 

Y. Seon bildirib ki,  Koreya hökumətinin ayırdığı qrant hesabına dünyanın müxtəlif ölkələrində “Gömrük işinin təkmilləşdirilməsi layihəsi” həyata keçirilir. Layihə çərçivəsində həmin ölkələrdə araşdırma aparan mütəxəssislər əldə etdikləri nəticələr əsasında gömrük işinin daha da səmərəli təşkili ilə bağlı tətbiq ediləcək innovasiya layihələrini müəyyənləşdirir.

 

Görüş başa çatdıqdan sonra Koreya nümayəndə heyəti DGK-də Hədəf Mərkəzinin fəaliyyəti, VAİS proqramının iş prinsipləri ilə yaxından tanış olub. Üç gün davam edəcək səfər zamanı koreyalı mütəxəssislər Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisi, eləcə də bu təşkilatın Regional Tədris Mərkəzi və Dövlət Gömrük Komitəsinin Akademiyasının da fəaliyyəti ilə yaxından tanış olacaq və araşdırma aparacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR