Bank Of Baku

Dövlət Gömrük Komitəsi biz­nes subyektləri üçün seminar ke­çirəcək

Dövlət Gömrük Komitəsi biz­nes subyektləri üçün seminar  ke­çirəcək
# 12 noyabr 2015 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. No­yabrın 13-14-də Ümumdünya Göm­rük Təş­kilatının Bakı şəhərində  yerləşən Poten­sialın Güc­ləndirilməsi üzrə Avropa Regional Ofi­sində  “Biz­nes subyektləri üçün əlverişli şərait ya­radılması məqsə­dilə gömrük pro­se­durları və əmə­liyyatları üzrə  tət­biq edilən sadə­ləş­dirmələr”  möv­­­zusunda seminar  ke­çiriləcək.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, seminar sahibkarlığın in­ki­şa­fına dəstəyin daha da artırılması, ölkə­mizdə sahib­kar­lıq sub­yekt­lə­rinin fəaliy­yətinin təş­viq edil­mə­si, maraqlı tərəflərin gömrük işi­nin müxtə­lif fəaliyyət istiqa­mət­­ləri barədə mə­lu­mat­landırılması, o cümlədən beynəlxalq ticarət təc­hizat zənci­rin­də yüklərin etibarlı və fa­si­ləsiz hə­rəkə­tinə əlverişli şərait yaradılması məqsə­dilə keçirilir.

 

Seminarda iştirak etmək istəyən şəxslərin Dövlət Gömrük Komitəsinin internet səhifəsinin (www.dgk.gov.az) “Sahibkarlara dəstək” blokuna daxil olmaqla qeydiyyatdan keçmələri xa­hiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR