Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda 820 müəssisənin fəaliyyətinə lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar araşdırma aparılıb və müvafiq rəy hazırlanıb
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bunlar yanacaq doldurma məntəqəsi, maye-qaz doldurma məntəqəsi, alkoqollu içki istehsalı, əlvan metalların tədarükü, emalı, tibbi fəaliyyət və əczaçılıq fəaliyyətinə aid müəssisələrdir.
Belə ki, 2014-cü ildə 40 müəssisədə olan çatışmazlıqlarla bağlı (ölçmə vasitələrinin yoxlamadan keçməməsi, şəraitin və avadanlıqların olmaması və s. səbəbindən) təsdiqedici sənədin verilməsindən imtina edilib.
Hesabat dövründə 289 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycanın tipi təsdiq edilmiş standart nümunələrinin və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.