Bank Of Baku

Dövlət Komitəsi ötən il Azərbaycanda 200-ə yaxın sahibkarlıq subyektində məhsulların istehsalını və satışını qadağan edib

Dövlət Komitəsi ötən il Azərbaycanda 200-ə yaxın sahibkarlıq subyektində məhsulların istehsalını və satışını qadağan edib
# 14 yanvar 2015 14:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən il ərzində Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün ümumilikdə 2 168 qərar verilib.

 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bunlardan 1 130-u ərzaq məhsullarının, 645-i qeyri-ərzaq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti, 393-ü isə dövlət metroloji nəzarəti ilə bağlı olub.

 

Aparılmış yoxlamalar zamanı 1 290 təsərrüfat subyektində standartların, metroloji norma və qaydaların tələblərinin pozulması halları aşkar edilərək qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülmüş, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müddət müəyyən etməklə müəssisələrə nöqsanların aradan qaldırılması ilə bağlı 1 290 qərar verilib, aşkar olunmuş pozuntularla əlaqədar 652 inzibati xəta haqqında protokol tərtib edilməklə 303 800 manat cərimə tətbiq edilib və məhsul partiyası satışının qadağan edilməsi barədə 536 məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib.

 

Ümumilikdə 189 sahibkarlıq subyektinə məhsulların istehsalı və satışının qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar verilib. İstehsalın və satışın qadağan olunması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 12-si unlu-qənnadı məmulatları, 21-i çörək məmulatları, 3-ü boya istehsalı, 9-u süd məhsulları, 5-i alkoqolsuz içkilər, 6-sı kolbasa istehsalı, 1-i polivinilxlorid (PVX) profillər, 132-si isə digər məhsul növləri  istehsal edən təsərrüfat subyektlərinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR