Bank Of Baku

DSMF daha bir xidmətini elektronlaşdırır

DSMF daha bir xidmətini elektronlaşdırır
# 20 yanvar 2015 08:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA-Economics. Azərbaycanda sosial-sığorta hesabatlarının verilməsi ilə bağlı yeni elektron xidmət həyata keçiriləcək.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

 

DSMF sədri bildirib ki, tətbiq olunacaq elektron xidmət özündə iki hesabat formasını birləşdiriləcək və hesabatlar vahid formada təqdim olunacaq.

 

“Bununla da, işəgötürənlərin təqdim etdiyi hesabatların sayı azalacaq. Bunda başqa, hər bir şəxs sosial sığorta haqqının məbləği haqda hər rüb məlumat əldə edə biləcək”, - deyə E. Mehdiyev bildirib.

 

Qurum rəhbəri əlavə edib ki, bu sistem artıq normativ-hüquqi sənədlərlə təsdiqini tapıb və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR