Bakı. Vüsal Nəbiyev - APA-Economics. İllik dövriyyəsi 7 trln. ABŞ dollar olan “Travelport” şirkəti Azərbaycanın “Galileo Caucasus LLC” şirkəti ilə distribütorluq müqaviləsinin müddətini artırıb.
“APA-Economics”in məlumatına görə, “Galileo Caucasus LLC” şirkəti 2010-cu ildən həm Gürcüstanda, həm də Azərbaycanda “Travelport” məhsullarının və xidmətinin distrbütorluğu ilə məşğuldur.
Müqavilə “Travelport”un sisteminə qoşulmuş bütün agentliklərə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) resurslarına çıxış imkanı yaradır.