Bakı. Vüsal Nəbiyev - APA-Economics. Yaxın vaxtlarda Tacikistan Azərbaycanla birbaşa aviareysi bərpası etmək niyyətindədir.
“APA-Economics” xəbər verir ki, bu barədə Tacikistanın Nəqliyyat Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, artıq mart ayında Düşənbə-Bakı aviareysinin bərpa olunması məsələsinə aydınlıq gətiriləcək: “Hal-hazırda hər iki ölkənin aviaşirkətlərinin mütəxəssisləri son texniki işləri nəzərdən keçirirlər”.
Əldə olunmuş razılaşmaya əsasən, aviareyslər həftədə iki dəfə baş tutacaq. Bundan sonra uçuşlar paritet əsasda baş tutacaq.