Bank Of Baku

Ələt-Astara magistralının bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - FOTO

Ələt-Astara magistralının bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - <span style="color: red;">FOTO
# 29 aprel 2015 15:32 (UTC +04:00)

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınaraq işlər saat 22:00-dan səhər saatlarınadək aparılacaq.

 

Qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

Qeyd edək ki, eni 3,75 metr olan  “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin  şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR