Bank Of Baku

Ələt-Masallı avtomobil yolunun bir hissəsi yenidən qurulacaq

Ələt-Masallı avtomobil yolunun bir hissəsi yenidən qurulacaq
# 21 noyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi layihəsi çərçivəsində, yaxın günlərdə Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad (km 80+600 – 110+700) hissəsinin yenidən qurulması işlərinə start veriləcək.

 

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, I texniki dərəcəyə uyğun olaraq inşa ediləcək Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin uzunluğu 30,1 kilometrdir. 4 hərəkət (4x3,75 metr) zolağından ibarət olacaq avtomobil yolunda ayrıcı zolağın eni 4 metr təşkil edəcək.

 

Layihəyə uyğun olaraq yeni salınacaq yolun çiyinlərinin eni 2x3,75 metr ( 2x0,75m asfalt örtük, 2x3,0m hissəsi iki qat bituma hopdurulmuş qırmadaş) olmaqla yolun ümumi eninin 26,5 metr olması nəzərdə tutulub.

 

Ələt-Masallı avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsinin torpaq geyiminin qalınlığı 96 sm təşkil edəcək. Bura 50 sm seçilmiş torpaq layı, 15 sm əsasın qırmadaş layı, 18 sm asfaltın I layı, 8 sm asfaltın II (əlaqələndirici) layı və 5 sm üst aşınma layı daxildir.

 

Layihə üzrə yolda iki avtomobil körpüsünün tikintisi aparılacaq. Körpülərdən biri Ələt-Masallı avtomobil yolunun 99-cu kilometrliyində Muğanxolu çayı üzərində inşa ediləcək. 4 aşırımdan ibarət körpünün uzunluğu 130,6 metr olacaq. İkinci körpü yolun 110,8-ci kilometrliyində Cəlilabad yol qovşağında tikilməsi nəzərdə tutulub. Bu körpü isə 4 aşırımlı olmaqla uzunluğu 79 metr olacaq.

 

Bundan başqa yol boyu 79 dairəvi borunun, 10 düzbucaqlı su borusunun və 6 düzbucaqlı alt keçidin inşasının aparılması planlaşdırılır

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR