Bank Of Baku

Əli Abbasov: “Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq”

Əli Abbasov: “Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq”
# 17 yanvar 2015 11:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasında nazir Əli Abbasov bildirib.

 

Onun sözlərinə görə, 2014-cü il ərzində ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədilə 26-sı rəqəmli verici olmaqla 41 ədəd müxtəlif təyinatlı radio-TV avadanlıqları istismara verilib: “Ölkədə rəqəmli televiziyaların əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın ön sıralarda olmasına imkan yaradıb”.

 

Ə. Abbasov qeyd edib ki, dövlət büdcəsindən ayrılmış 8 mln. manat vəsait hesabına Bakı və Abşeron yarımadasını əhatə edən Radiomonitorinq Şəbəkəsinin qurulması məqsədilə Mehdiabad və Yeni Günəşli yaşayış massivlərində radiomonitorinq məntəqələri tikilib, müvafiq avadanlıqlar quraşdırılıb: “Hazırda Sahil məntəqəsində 1 ədəd stasionar radiomonitorinq məntəqəsinin yaradılması məqsədilə avadanlıqların ölkəyə gətirilərək quraşdırılması istiqamətində işlər aparılır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR