Bank Of Baku

Gəncə-Alabaşlı dəmir yolunun bir hissəsinin təmirinə başlanılıb

Gəncə-Alabaşlı dəmir yolunun bir hissəsinin təmirinə başlanılıb
# 27 mart 2018 07:48 (UTC +04:00)

Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri çərçivəsində bu gündən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km  yolun əsaslı təmirinə başlanılıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, işlər bir həftə  davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

 

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR