Bank Of Baku

Gürcüstan-Azərbaycan birgə şirkəti televizor istehsalına başlayır

Gürcüstan-Azərbaycan birgə şirkəti televizor istehsalına başlayır
# 01 mart 2016 09:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gürcüstan-Azərbaycan birgə şirkəti olan "AG Telekom" televizor istehsalına başlayır.


"APA-Economics" "Georgia Online" xəbər portalına istinadən bildirir ki, bunu şirkətin direktoru Mixail Qlonti deyib.

 

Şirkət öz məhsullarını 2016-cı ilin aprel ayında bazara çıxarmağı planlaşdırır.

 

M. Qlonti deyib ki, televizorların qiyməti 180-280 ABŞ dolları arasında dəyişəcək.

 

Onun sözlərinə görə, gələcəkdə bu məhsulları Avropa bazarlarına çıxarılması planlaşdırılır.

 

Xatırladaq ki, "AG Telekom" şirkəti 2013-cü ildə Rustavi şəhərində açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR