Bank Of Baku

Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı 32% azalıb
# 25 dekabr 2014 08:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı azalmaqda davam edir.

 

APA-Economics”in məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika Agentliyinin hesabatında deyilir.

 

2014-cü ilin yanvar-noyabr aylarına Gürcüstandan Azərbaycana 252,3 mln. dollar dəyərində minik avtomobilləri gətirilib. Bu rəqəm ötən ilin analoji dövri ilə müqayisədə 117 mln. dollar və ya 31,7% azdır.

 

Qeyd edək ki, Azərbaycana ixrac olunan avtomobillərin sayının azalması “Avro-4” standartına uyğun olmayan avtonəqliyyat vasitələri haqqında müvafiq normativ sənədin qəbul olunması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR