Bank Of Baku

Hava şəraiti ilə əlaqədar İstanbul-Gəncə aviareysi təxirə salınıb

Hava şəraiti ilə əlaqədar İstanbul-Gəncə aviareysi təxirə salınıb
# 17 fevral 2015 09:04 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Türkiyədə hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar fevralın 17-18-də 88 ölkədaxili və beynəlxalq aviareys təxirə salınıb.

 

APA-Economics”in məlumatına görə, Türkiyə mətbuatında təxirə salınan aviareyslər içərisində Bakıya olan uçuşlar da qeyd olunub.

 

“AZAL”ın xidmət rəisi Məhərrəm Səfərli isə “APA-Economics”ə verdiyi açıqlamada bildirib ki, Türkiyədən Bakı istiqamətində olan aviareyslərin uçuş qrafikində heç bir dəyişiklik yoxdur və uçuşlar qrafikə uyğun yerinə yetirilir.

 

Qurum rəsmisi yalnız İstanbuldan Gəncəyə həyata keçiriləcək aviareysin hava şəraiti ilə əlaqədar təxirə salındığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR