Bank Of Baku

Hesablama Palatası: İşıq dirəklərinə hesablanan amortizasiya xərcləri büdcə vəsaitlərinin şişirdilməsinə səbəb olur

Hesablama Palatası: İşıq dirəklərinə hesablanan amortizasiya xərcləri büdcə vəsaitlərinin şişirdilməsinə səbəb olur
# 13 aprel 2016 16:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası mənzil-kommunal təsərrüfatı müəssisələrində zərərin ödənilməsinə subsidiyaların hesablanması sahəsində problemlər aşkarlayıb.

 

APA-nın məlumatına görə, Hesablama Palatası bununla bağlı Nazirlər Kabinetinə təklif təqdim edib.

 

Hesablama Palatası qeyd edib ki, mənzil-kommunal təsərrüfatı müəssisələrində zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənəd, eləcə də zərər və subsidiyanın düzgün müəyyən edilməsi üçün meyarlar və şərtlər mövcud olmadığına görə müvafiq hesablamalar təxmini olaraq həyata keçirilir ki, bu da hesablamalarda təhriflərə şərait yaradır. Bu sahədə boşluğun mövcud olması dövlət büdcəsi vəsaitlərinə tələbatın əsassız artırılmasına  da imkan verir.

 

Eləcə də büdcə vəsaiti hesabına həyata keçirilən mənzil fondunun əsaslı təmiri işlərinin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə əlavə edilərək həmin işlər üzrə hesablanmış və dövlət büdcəsindən maliyyələşən sifarişçilərin (yerli icra hakimiyyəti orqanlarının) vəsaitləri hesabına quraşdırılan əsas vəsaitlərə (işıq dirəklərinə) hesablanan amortizasiya xərcləri sonrakı mərhələdə mənzil fondunun saxlanma xərclərinin artmasına, habelə küçələrin işıqlandırılmasına xidmət göstərilməsi üçün ayrılan büdcə vəsaitlərinin şişirdilməsinə səbəb olur. Göstərilənlər nəzərə alınmaqla, o cümlədən qeyd olunan məsələlər əhatə edilməklə Hesablama Palatası mənzil-kommunal təsərrüfatı müəssisələri üzrə zərərin ödənilməsinə subsidiyaların hesablanmasını tənzimləyən normativ sənədin hazırlanmasını məqsədəuyğun sayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR