Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumatda bildirilir.
Eyni zamanda, aprelin 20-dən 21-nə keçən gecə Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.