Bank Of Baku

Heydər Əliyev prospektində hərəkət zolaqlarından birində sürət həddi dəyişib

Heydər Əliyev prospektində hərəkət zolaqlarından birində sürət həddi dəyişib
# 07 mart 2016 13:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev prospektində Şəfa stadionunun qarşısında yerləşən sürət portalında Koroğlu metrosu istiqamətində köməkçi yolun birinci hərəkət zolağında sürət həddi 80-km/saatdan 60 km/saata endirilib.

 

Bu barədə "APA-Economics" Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

 

Qeyd edilib ki, irəlidə əsas yoldan köməkçi yola keçid olduğu üçün hərəkətin sağa yönləndirilməsi haqqında məlumatverici nişan əlavə edilib.

 

Mərkəzdən bildirilib ki, bu addım hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR