Bank Of Baku

Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində əsas yol bağlanıb

Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində əsas yol bağlanıb
# 12 aprel 2015 09:04 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində əsas yol aprelin 12-si səhər saatlarından nəqliyyatın hərəkəti üçün bağlanıb.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən APA-ya verilən məlumatına görə, hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətində mövcud asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir.

 

Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.

 

Məlumatda o da bildirilir ki, Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor  qovşağına  qədər olan hissəsinin aprelin 12-dən aprelin 13-ə  keçən gecə  bağlanması nəzərdə tutulsa da, “Azəryolservis” ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR