Bakı. Vüsal Nəbiyev – APA-Economics. Sabahdan Heydər Əliyev prospektində köməkçi yolda hərəkət iki günlük tam məhdudlaşdırılacaq.
Bunu “APA-Economics”ə Nəqliyyat nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev bildirib ki, sabah saat 9:00-dan etibarən Heydər Əliyev prospektində Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar tunelə giriş iki gün müddətinə tam məhdudlaşdırılacaq.