Bakı. Aynur Əliyeva - APA-Economics. Ötən il ərzində “Elektron hökumət” portalına daxilolmaların sayı 3 158 063 olub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin yanvar buraxılışında əksini tapıb.
Bu dövr ərzində ümumən 890 804 nəfər portala müraciət edib. Onlar 12 965 606 dəfə müxtəlif səhifələrə keçid ediblər, 5 962 572 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 50 saniyə olub.
Məlumat üçün qeyd edək ki, 2012-ci ilin dekabrından 2014-cü ilin dekabr ayının 31-nə qədər portala ümumilikdə 1 137 975 nəfər tərəfindən 3 614 775 daxilolma qeydə alınıb.