Bank Of Baku

İlin əvvəlindən Azərbaycana 2255 yeni yük vaqonu gətirilib

İlin əvvəlindən Azərbaycana 2255 yeni yük vaqonu gətirilib
# 02 dekabr 2015 06:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İlin əvvəlindən Azərbaycana 2255 yeni yük vaqonu gətirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, bunun 301-i qapalı, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 450-si isə çən, 204-ü taxıldaşıyan, 100-ü xopper  vaqonudur.

 

“Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan Dəmir Yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır. Bu baxımdan Dəmir Yolunun vaqon parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir”, - deyə məlumatda vurğulanıb.

 

Qeyd edək ki, Dəmir Yolunun vaqon parkının yenilənməsi məqsədilə 2015-ci ilin mart ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiyanın F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb, görüşdə “Uralvaqonzavod”dan 2900 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu  bu ilin aprelin 25-də ölkəmizə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR