Bank Of Baku

İlin əvvəlindən Azərbaycanda sərnişindaşımaların həcmi 5% artıb

İlin əvvəlindən Azərbaycanda sərnişindaşımaların həcmi 5% artıb
# 16 dekabr 2014 09:26 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2014-cü ilin yanvar-noyabr ayları ərzində 202,6 mln. ton yük daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 1,6% çox göstəricidir.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft yüklərinin həcmi 3,3% artaraq 145,1 mln. tona çatıb. Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 58,1%-i avtonəqliyyat, 27,6%-i boru kəməri, 9,8%-i dəmir yolu, 4,5%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib.

 

Qeyri-dövlət bölməsində yük daşınması 3,4% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 76,5% təşkil edib.

 

Yanvar-noyabr aylarında nəqliyyatçılar 1,7 mlrd. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 88,0%-i avtomobil, 11,8%-i metro nəqliyyatının xidmətlərindən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR