Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3,2% artıb.
Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, metro nəqliyyatının xidmətlərindən 94,2 mln. nəfər istifadə edib.